20 Fevral 2018 21:32
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.

Teleqraf.com xəbər verir ki, qanun “Qolos Ukrainı” rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

Sənədin imzalanması zamanı P.Poroşenko bildirib ki, qanun Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün hüquqi mexanizmi təmin edəcək. P.Poroşenko müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi, habelə birləşmiş qüvvələrin komandanı vəzifəsinə namizədə dair təklifləri aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.

Qeyd edək ki, Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu yanvarın 18-də qəbul edib.

anunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb.

Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib. Bu ölkənin şərqində müharibə elan edilmədən ordudan istifadəni qanuniləşdirəcək. Deputatlar qanunun hələ birinci oxunuşunda Minsk razılaşmalarının prioritetliyinə dair bəndi ləğv ediblər.


Müəllif: Teleqraf.com