21 Fevral 2018 08:05
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çindən başlayaraq Avropaya qədər uzanan ticarətin Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə həyata keçirilməsi bizim üçün vacib hədəfdir".

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

Türkiyəli nazir Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili ilə birgə görüşündə Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsi ilə Asiya və Avropa arasında birbaşa nəqliyyat dəhlizinin qurulduğunu qeyd edib: “Ölkələrimiz arasındakı güclü əlaqələri bu cür layihə ilə təzələmək həm Türkiyə, həm də Gürcüstan üçün qürurvericidir”.


Müəllif: Kəmalə