21 Fevral 2018 10:46
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan tərəfinin Şərqi Aralıq dənizində fəaliyyəti Cənubi Kipr Respublikasını narahat edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Afina həmin bölgədə təbii qaz yataqları axtarmaq üçün xarici şirkətlərlə anlaşıb.

Ancaq Cənubi Kipr Afinanı beynəlxalq qanunları pozmaqda ittiham edib və Türkiyə Hərbi Dəniz Qüvvələrinin bölgədə martın 10-dək fəaliyyətini davam etdirməsini istəyib. Ankara tərəfinin buna razılıq verməsi ilə Yunanıstan hökuməti təcili toplantı çağırıb. Toplantıdan sonra Yunanıstan Baş naziri Aleksis Çipras Almaniya Kansleri Angela Merkelə zəng edib.

Liderlər bu məsələni fevralın 23-də Brüsseldə keçiriləcək Avropa Birliyinin Liderlər Sammitində müzakirə etməklə bağlı razılığa gəliblər.


Müəllif: Samir