21 Fevral 2018 13:58
4 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun sabiq baş komandanı Möhsün Rzayi Tehranda keçirilən bir toplantıda çıxış edərək, İsrailə və onun baş naziri Benyamin Netanyahuya qarşı təhdid dolu sərt bəyanat səsləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İranın Tel Əvivi məhv edəcəyini deyib:

“Üzümüzü onlara tutub deyirik ki, siz bizə qarşı addım atmaq itəsəniz, Tel-Əvivi yerlə yeksan edəcək, sizə hətta qaçmağa fürsət də verməyəcəyik”.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 18-də Münhen Təhlükəsizlik Konfransındakı çıxışında İranın Suriyada hərbi varlığına toxunub. O, , ölkəsi tərəfindən vurulan İranın pilotsuz qurğusunun bir hissəsini namayiş etdirib. Netanyahu deyib ki, İsrail İranın Suriyada hərbi varlığına dözməyəcək:

“Lazım gəlsə, İsrail hətta İrana qarşı hərəkətə keçəcək”.


Müəllif: Samir