21 Fevral 2018 14:15
6 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrinə keçməyə çalışan Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrdən ibarət qrup türk qırıcılarının hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı YPG terror təşkilatının sözçüsü Nuri Mahmud açıqlama verib.

O bildirib ki, hücum zamanı Suriya ordusunun azı 2 əsgəri həlak olub və qrup Afrin torpaqlarından geri çəkilib.


Müəllif: Samir