21 Fevral 2018 16:26
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:49

Bu gün Kiyev məhkəməsində sabiq prezident Viktor Yanukoviçin işi üzrə dindirilmə prosesi keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prosesdə Ukrayna Prezidenti Petro Poroşenkonun da iştirakı gözlənilir.

Bununla əlaqədar məhkəmə binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Prosesə gələn qadınlardan məhkəmə binasının qarşısında üst aplatralarının düymələrini açmaq tələb edilir. Məlumatlara görə, bu üsulla artıq zala girməyə çalışan Femen fəallarından biri saxlanılıb.

Bundan başqa, məhkəmə binasının 5-ci mərtəbəsində prosesdə iştirak edəcək xanımlar ayaqyoluna aparılaraq tamamilə soyundurulur və yoxlanılarlar.

***

Ukrayna Prezidenti Petro Poroşenkonun Kiyev məhkəməsində dirdirilmə prosesi başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Poroşenko prosesə video-əlaqə vasitəsilə Prezident Administrasiyasından qoşulub.


Müəllif: Samir