21 Fevral 2018 22:13
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Əsəd rejiminin mühasirədə saxladığı Şərqi Qutadakı durumu müzakirə etmək üçün Təhlükəsizlik Şurasına müraciət edib.

Teleqraf.com xəbər verir ki, son bir həftə ərzində Şərqi Qutaya edilən hücumlar nəticəsində azı 190 nəfər həlak olub, 850 nəfər yaralanıb.

Şərqi Qutada 400 min əhali yaşayır. Astana müqaviləsinə əsasən, Şərqi Quta gərginliyi azaltma bölgəsi elan edilmişdi. Amma Suriya rejimi son aylarda hücumları şiddətləndirib.


Müəllif: Ayxan