21 Fevral 2018 23:29
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin sabah Vətənin Müdafiəçisi Gününə həsr edilmiş təntənəli gecədə bir sıra ölkələrin, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə görüşəcək.

Teleqraf.com tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, ölkə başçısı Kreml dövlət sarayında təntənəli gecəyə dəvət olunmuş Azərbaycan, Venesuelan, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkista, Belorussiya, Qırğızıstan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək. Həmçinin vurğulanıb ki, Vladimir Putin hərbi qulluqçuları, mülki personalı və Silahlı Qüvvələrin veteranlarını bayram münasibətilə təbrik edəcək.


Müəllif: Kəmalə