22 Fevral 2018 01:13
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya çempionu, suriya əsilli boksçu Mahmud Ömər Manuel Çarrı qəbul edib.

Teleqraf.com xəbər verir ki, prezident iqamətgahında keçirilən görüşdə Çar rus boksçu Aleksandr Ustinova qalib gələrək dünya çempionu olduğu yarışın kəmərini Ərdoğana təqdim edib. Kəmərin üzərində mərhum boksçu Məhəmməd Əli və prezident R.T.Ərdoğanın fotolarının olması diqqət çəkib.

Mediaya qapalı keçirilən görüşdə baş nazir Binəli Yıldırım və idman naziri Osman Aşkın Bak da iştirak ediblər.

Dünya çempionu daha öncəki açıqlamasında Suriya xalqına etdikləri yardıma görə təşəkkür olaraq çempionluq kəmərlərini Türkiyə xalqına və prezident Ərdoğana hədiyyə etmək istədiyini bildirib.


Müəllif: Ayxan