22 Fevral 2018 19:28
3 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Türkiyə münasibətlərində yaşanan soyuqluq Ağ Evi narahat etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, "Vall Strit Journal"da (WSJ) gedən məlumata görə, Ağ Ev Türkiyənin ABŞ-dan uzaqlaşaraq Rusiya və İranla yaxınlaşmasından narahatdır.

Nəşr Ağ Evdəki mənbəyə istinadən yazır ki, Ankara-Moskva-Tehran üçlüyünü parçalamaq üçün ABŞ artıq hərəkətə keçib. Pentaqon Suriyanın Afrin bölgəsindən İranın şiə milislərini çıxarmaq üçün Türkiyəyə yardım təklif edib.

Bildirilir ki, Türkiyəni İran-Rusiya ittifaqından qoparmaq üçün Milli Təhlükəsizlik Agentliyinin rəsmisi Herbert Raymond McMaster, xarici işlər naziri Reks Tillerson və müdafiə naziri Ceyms Mattis kimi yüksək rütbəli şəxslər çaba göstərirlər.

"Rusiya Türkiyə ilə manipulyasiya edir. Ankaranın Rusiya və İranla yaxınlaşması Türkiyənin maraqlarına ziddir".


Müəllif: Ayxan