22 Fevral 2018 20:57
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin bombaladığı Şərqi Qutadan reportaj hazırlayan jurnalist dağıntılar altında yaxınlarını görüncə şoka düşüb.

Teleqraf.com xəbər verir ki, dağıntılar altında qalan şəxslər müxbirin nənəsi, hamilə xalası və dayısının üç oğlu olub. Jurnalist qohumlarını görən kimi kamerasını söndürüb onları qurtarmağa çalışıb.

BMT baş katibi Antonio Quterres son bir neçə gündə 300-dən çox insanın öldüyü Şərqi Qutanı yer üzündəki cəhənnəm adlandırıb.


Müəllif: Ayxan