23 Fevral 2018 08:05
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında ilk dəfə opera səhnələşdiriləcək.

Teleqraf.com xəbər verir ki, paytaxt Riyaddakı Şahzadə Nura Binti Abdurrahman Universitetində cümə və şənbə günlərində "Anter və Abla" adlı opera göstəriləcək.

Ərəb operasında şeirlə oxunacaq, bədəvi həyatı özündə əks etdirən görüntülər nümayiş etdiriləcək.

Səudiyyə Ərəbistanı ölkədə opera tamaşalarının göstərilməsi üçün teatr binalarının tikilməsinə razılıq verib.

Şahzadə Məhəmməd bin Salman ölkəsinin mülayim İslama keçid edəcəyinə söz verib.


Müəllif: Ayxan