7 Mart 2018 08:05
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimlərinin məlumatına görə, onlar təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan dünyada ilk avtonom DNK nanorobotlar yaratmağa və onu sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir belə nanorobotun ölçüsü çox kiçikdir və onları adi gözlə görmək mümkün deyil. Sinxua xəbərlər agentliyinin məlumatına görə, sözügedən nanorobot ölçüsünə görə iynənin ucundan 5000 dəfə kiçikdir.

Teleqraf.com “ICTnyus”-a istinadən xəbər verir ki, dezoksiribinuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir, onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və özləri şişləri tapacaqlar. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

"Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yoxdur” – alim Çjao deyib.


Müəllif: Teleqraf.com