10 Mart 2018 17:28
2 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanın şərqində yerləşən Nikumaroro adasında 1940-ci ildə tapılmış insan sümüklərinin Amerikanın ilk qadın pilotu Ameliya Erhata aid olduğu üzə çıxıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Tennesi Universitetinin professoru Riçard Xantzın "Forensic Anthropology" nəşrində dərc olunmuş araşdırmalardan belə qənaətə gəlinib.

Pilot 1937-ci ildə uçuş sırasında köməkçisi Fred Nunanla Sakit okeanda itkin düşüb. Tapılan sümüklər yenidən analiz olunub.

Sümük qalıqları qorunmadığından pilotun və köməkçisinin boy və çəki ölçüləri xüsusi proqramla araşdırılıb. Ameliya Erhatın bədən ölçülərinin skelet qalıqları ilə uyğun gəldiyi məlum olub.

Qeyd edək ki, Ameliya Erhart 1897-ci ildə ABŞ-ın Kanzas ştatında doğulub. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadındır. 1937-ci ildə həmkarı Fred Nunan ilə birgə "Lokhid Elektra" modelli təyyarə ilə dünya turuna başlayır.

Ameliya Erhart Houlend adasına uçduğu vaxt itkin düşür.


Müəllif: İlhamə Əbülfət