8 Avqust 2014 09:15
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində vuruşan, qondarma “Donetsk Xalq Respublikasının” (DXR) liderlərindən biri olan Aleksandr Boroday vəzifəsindən ayrıldığını açıqladı.

Borodayın yerinə Donetskdə “Oplot” təşkilatı liderinin tərəfdarlarından biri olan, təşkilatın komandiri Aleksandr Zaxarçenko təyin ediləcək.

Baraday isə DXR rəhbərliyində məsləhətçi kimi qalacağını, Donetskdən ayrılmayacağını söz verərək, sadəcə bundan sonra Rusiyanı daha tez-tez ziyarət edəcəyini bildirib.

“Baç nazirin müavini statusunda, baş məsləhətçi kimi fəaliyyət göstərəcəm”-deyə o bildirib./anspress/


Müəllif: