12 Mart 2018 19:58
3 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsi başlayar-başlamaz Nikolas Vinton Çexoslavakiyadan 669 körpəni ölümün və aclığın pəncəsindən xilas edərək İngiltərəyə çatdıra bldi. Bu insanlıq hadisəsindən 50 il heç kim xəbər tutmadı. Yarım əsr sonra dünya bu haqda ilk dəfə xəbərdar olanda İngilis Kraliçası ona Ser adı verdiyini bəyan etdi.

Teleqraf.com insanlığa örnək olan Ser Nikolas Vintonun hekayəsini təqdim edir.

1938-ci ildə dostları ilə birlikdə istirahət üçün İsveçrəyə getməyi planlaşdıran Vinton yola çıxmağa hazırlaşan ərəfədə dostları ona zəng etdi. Beləcə, Vintonun bütün planları dəyişdi.

Dostları ilə istirahətə getməyəcəyini deyən Nikolas Vinton Almaniyanın işğal etdiyi Praqada qalıb insanlara yardım göstərilməsinin vacibliyini önə çəkdi.

Xilas əməliyyatı: 10 ölkəyə müraciət etdi, yalnız 1-i…

Həmin dövrdə nasistlərin işğal etdiyi Çexslovakiyada durum ürəkaçan deyildi.

Vinton qış mövsümündə Çexslovakiyada insanların hansı ağır şərtlər altında yaşadıqlarını gördü.

Qısa müddətə Vinsonun niyyətindən xəbər tutan insanlar onun qaldığı otelin qarşısında növbəyə durmağa başladılar. Onlar ölüm və aclıq gözləyən uşaqlarını ölkədən çıxaracaq etibarlı şəxs axtarırdılar.

Artıq ailələr övladlarını nasistlərin əlindən xilas etmək üçün Vinsona yalvarırdılar. Vinton demək olar ki, hər gün qaldığı otelin restoranında belə ailələrlə görüşür, onlardan uşaqları haqqında informasiya alırdı.

Vinton uşaqları nasist işğalında olmayan ölkəyə təhlükəsiz şəkildə aparmağı vacib hesab edirdi. Bu səbəbdən ABŞ başda olmaqla 10-a yaxın ölkəyə müraciət etmişdi. Ona yeganə müsbət cavab Londondan gəldi.

İngiltərə 17 yaşına qədər olan uşaqları qəbul edəcəyini bəyan etdi və geri dönüşə zəmanət tələbi irəli sürdü. Vinton bu şərti qəbul etdi və dərhal hər bir uşağın sənədlərini hazırlamağa başladı. Vinton uşaqlara aid sənədləri hazırlamaqla yanaşı hər bir uşağın fotosunu çəkirdi. Bu zaman İngiltərədə ailələr istədikləri usagı seçir və onu saxlamağı boynuna götürürdü.

Beləcə 700-ə yaxın uşaq Vintonun təşəbbüsü və ağlasığmaz fəaliyyəti hesabına nasistlərin əlinə keçmədi və ölümdən xilas ola bildi.

Bu barədə heç vaxt danışmadı

Müharibə başladıqdan bir müddət sonar Böyük Britaniyanın Hava Qüvvələrinə qatılan Vinton müharibədən sonra fərqli vəzifələrdə çalışdı. İlk dövrdə Beynəlxalq Qaçqınlar Təşkilatında işlədi, sonralar şirkət və departamentlərdə çalışdı.

Ancaq onun İkinci Dünya Müharibəsində göstərdiyi əzimkarlıq, yüzlərlə insanın həyatını xilas etməsi 50 il sonar məlum oldu.

Qəribədir ki, Vinton uşaqları təhlükəsiz şəkildə İngiltərəyə çatdırılma əməliyyatından heç vaxt danışmadı. Hadisənin üzərindən 50 il keçdikdən sonar Vintonun xanımı evdəki sandıqdan İngiltərəyə aparılan uşaqlara aid katoloq və məktublar tapdı.

Bundan sonra Vinton uşaqlarla bağlı hadisəni danışmaq məcburiyyətində qaldı. Beləcə, dünya 50 ildən sonra insanlığa örnək olacaq Nikolas Vintonun xilaskarlığından xəbər tuta bildi.

2003-cü ildə Kraliça II Yelizavet Nikolas Vintona “yəhudi uşaqlarını nasistlərin işğal etdiyi Çexoslavakiyadan xilas etdiyi” üçün SER status verdi. 2015-ci ildə Çexiya prezidenti Milos Zeman onu ölkənin ləyaqət simvolu olan Ağ Aslan nişanı ilə təltif etdi.

Sonralar Ser Nikolas Vintonun tərcümeyi-halı “Əgər mümkün deyilsə…”, “Ser Nikolas Vintonun həyatı” adı ilə qələmə alındı.

Onun haqqında romanlar yazıldı. 2016-cı ildə isə BBC “Nasistlərdən gizlədilən uşaqlar” adlı sənədli film yayınladı.

Ser Nikolas Vinton isə 2015-ci ildə 106 yaşında vəfat etdi.


Müəllif: Cavad