14 Mart 2018 09:00
5 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayda raket və bomba izləri olan çalalar tapılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Nasa Ayın görüntülərini hər zaman dəyişib və ya gizlətsə də, Çin peyki “Change” tərəfindən göndərilən fotolarda bu gün Selendə təəccüb yaradan görüntülərin olduğu sübut edilib.

Məsələn, Çin ufoloqları “Change” peykindən göndərilən fotoda insan əli ilə dəyişdirilmiş strukturun aydın göründüyünü bildirib. Bunu yerli strukturla qarışdırmaq olmaz.

Orada qəsəbənin dağıdılmış qalıqları var. Amma bu qəsəbənin kim tərəfindən salındığı və ya dağıdıldığı məlum deyil.

Çin ufoloqlarının fikirlərinə görə, bura UNO-ların şəhəri olub.

Onlar NASA-nın yadplanetlilərin varlığını gizlətmək üçün bu şəhərlərin amerikalılar tərəfindən dağıdıldığını iddia edir.

Belə fantastik fərziyyə Ayda tapılan şəhərin yaxınlığında kraterlərin öyrənilməsi əsasında irəli sürülüb.

Çin tədqiqatçıları orada olan böyük və kiçik çalaların raket və bomba izləri olduğunu düşünür.

Çin UNO maraqlıları ümid edir ki, NASA əməkdaşları tərəfindən bu günə qədər gizli saxlanılan bütün sirləri “Change” peyki açmağa imkan verəcək.

Ancaq onların bunu bacarıb-bacarmayacağı bəlli deyil.

Çin Xalq Respublikasının kosmik agentliyi gizli peyklə əlaqəli olan bütün məlumatları təsnif edə bilər.

Yeri gəlmişkən, bəzi komplo teorilərinə görə, bunlar dünyanı gecə işıqlandırmaq və ya başqa məqsədlər üçün süni şəkildə yaradılıb. Amma bunun bizim inkişaf etmiş planetimiz tərəfindən, ya yadplanetlilər tərəfindən yaradıldığı məlum deyil.


Müəllif: Günay Əli