13 Mart 19:44

ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsinin səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tramp Tillersonla fərqli düşüncədə olduğunu bildirib: "İranla nüvə razılaşması məsələsində fikir ayrılığımız birgə fəaliyyətimizə nöqtə qoydu. İranla anlaşma qorxunc qərar idi. Tillerson isə anlaşmanı tərifləyirdi. Mən deyirdim ki, ya bu qərarı ləğv edək, ya da dəyişək. O isə başqa söz deyirdi. Onun istefası ilə bağlı qərarı təkbaşına verdim".

Donald Tramp Dövlət katibi postuna təyin etdiyi Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeoya tam etibar elədiyini bildirib, eyni zamanda MKİ postunda gətirəcəyi xanım Qina Haspelə uğurlar diləyib.

Yeni istefa və təyinatla bağlı keçirdiyi mətbuat konfransında Donald Trampla bir jurnalist arasında maraqlı sual-cavab olub:

Jurnalist: Tillersonu sizə ağılsız dediyi üçün istefaya göndərdiniz?

Tramp: Nə?

Jurnalist: Sizə ağılsız dediyi üçün onu vəzifəsindən xaric etdiniz?

Tramp: Bir daha təkrar edin...

Jurnalist: Niyə indi?..

Tramp: Onun ağlına hörmətlə yanaşıram. Birlikdə iştirak etdiyimiz prosesə sayğı duyuram. Yaxşı əlaqələrimiz var. Reksə yaxşı şeylər diləyirəm. Etdikləri üçün təşəkkürümü bildirirəm. Amma Pompeo ilə daha yaxşı anlaşıram.

Tillerson Trampın qərarı ilə Tvitterdə tanış olduğunu və daha öncə ona istefa barədə heç nə deyilmədiyini vurğulayıb.

Qeyd edək ki, Prezident Donlad Trampla Dövlət katibi Tillerson arasında bir çox məsələlərdə ciddi fikir ayrılığı olub. Hətta Tillerson prezidentin ağlına şübhə ilə yanaşdığını bildirib. Tramp isə öz növbəsində ağıllarını yoxlamaq üçün İQ testindən keçməyi təklif edib.


Müəllif: Ruslan
Загрузка...