16 Mart 2018 11:45
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:16

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Astanada Suriya məsələsi ilə bağlı növbəti görüşü başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı tərəflər bundan öncəki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.

Bundan başqa, Soçi görüşündə Suriya ilə bağlı əldə edilmiş razılıq, eləcə də BMT Təhlükəsizlik Şurasında qəbul edilən Suriyada 30 günlük atəşkəs qərarı ətrafında fikir mübadiləsi aparılacaq.

***

11:23

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Astanada Suriya məsələsi ilə bağlı görüşü başa çatıb.

Görüşdən sonra nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

***

Türkiyə Xarici İşlər naziri Çavuşoğlu mətbuat konfransında çıxışı zamanı Hələb ssenarisinin təkrarlanmaması üçün Türkiyənin əlindən gəldiyini etdiyini deyib:

“Terrorçuları məhv etmək üçün dinc sakinləri öldürmək doğru strategiya deyil. Şərqi Qutada baş verənləq insanlıq dramıdır. Rusiyanın səylərini dəstəkləyirik, amma bu kifayət etmir. Humanitar yardımların maneəsiz bölgəyə çatdırılması vacibdir. Suriya xalqına yardım etməyə davam edəcəyik. Terrorçular dinc sakinlərin və müxaliflərin arasında gizlənir. Onları aşkar etməmiz vacibdir. Afrində və Fərat çayının şərqində dinc sakinlərin zərər görməməsi üçün çalışırıq”.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Şərqi Qutadakı vəziyyətlə bağlı BMT-yə müraciət edib:

“Şərqi Qutada xalq oradan çıxmağa çalışır. BMT-ni bölgəyə yardımları artırmağa çağırıram. Suriyadakı gərginliyi azaltmaq üçün hökumət və müxalifət birgə addımlar atmalıdır”.

İran Xarici İşlər naziri Məhəmmədcavad Zərif Rusiya, İran və Türkiyənin Suriya ərazisinin terrorçulardan təmizlənməsi üçün səylərini davam etdirməsinin vacibliyini qeyd edib: “Qarant ölkələr Suriyada siyası həll yollarını axtarır. Aprelin 4-də Rusiya, İran və Türkiyə prezidentlərinin İstanbulda görüşü olacaq. Bu görüşdə vacib qərarlar qəbul edilə bilər”.

Nazirlərin növbəti görüşünün bu ilin mayında Astanada keçirilməsi gözlənilir.


Müəllif: Samir