16 Mart 2018 10:55
6 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinə Afrində meydan oxuyan və birgə çəkdirdiyi fotoları Feysbukda paylaşan PKK terrorçuları öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.

Məlumatlara görə, fotodakı 15 qadın və onlara başçılıq edən 7 kişi Parsa dağı yaxınlığında zərərsizləşdirilib.

Həmin şəxslərin 2 ay müddətində Qamışlıqda təlim keçdikdən sonra Afrinə göndərildiyi məlum olub.


Müəllif: Samir