16 Mart 2018 12:21
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüşün may ayında İsveçdə keçirilməsi gözlənilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məqsədlə Şimali Koreya Xarici İşlər naziri Ri Yonq-ho İsveçə rəsmi səfərə gəlib.

Onun isveçlı həmkarı Marqot Valstromla görüşü gözlənilir. Görüş zamanı Tramp-Kim Çen görüşü ilə bağlı müzakirələr aparılacaq.


Müəllif: Samir