16 Mart 2018 14:06
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı diplomatlar Londonu növbəti həftədə tərk edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu məlumatı “Rusiya 24” telekanalına müsahibə verən Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko deyib:

“Hazırda adları bizə təqdim edilən şəxslərin ölkəni tərk etməsi üçün hazırlıq prosesi gedir. Indi biz bütün diqqətimizi Rusiyada keçirilən prezident seçkisi üçün Britaniyada növbədənkənar səsvermə prosesinə yönəltmişik. Səs vermək üçün səfirliyə gələn vətəndaşlar heç bir dəyişiklik və problemlə qarşılaşmayacaqlar”.

Qeyd edək ki, İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Britaniyanın baş naziri Tereza Mey ölkədəki 23 rus diplomatının deportasiya ediləcəyini açıqlayıb.


Müəllif: Samir