16 Mart 2018 17:01
2 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumun əmrini Rusiya Prezidenti Vladimir Putin şəxsən verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İngiltərə Xarici İşlər naziri Boris Conson deyib.

O bildirib ki, bununla Rusiya Britaniyanı ləkələməyə çalışır.

Qeyd edək ki, İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Britaniyanın Baş naziri Tereza Mey ölkədəki 23 rus diplomatının deportasiya ediləcəyini açıqlayıb. Rusiya da buna cavab olaraq ingilis diplomatları ölkədən çıxaracağını bildirib.


Müəllif: Samir