16 Mart 2018 18:14
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya əyalətində 20 il öncə loto oyununda 19 milyon dollar udan Ceyms Hayes 10 bankı soymaqda ittiham edilərək həbs olunub.

Teleqraf.com xəbər verir ki, 35 yaşında milyonlara sahib olan C.Hayes ilk illər böyük xəyallarla yaşayıb. O, yeni ev almaq, biznes qurmaq, övladlarını oxutmaq, ailəsini xöşbəxt etmək və digər arzularının heç birini həyata keçirə bilməyib.

Narkotik aludəçisi olan C.Hayes pulları plansız şəkildə xərcləyib. Qısa müddətdə pulları tükənib, ailəsi dağılıb, evi əldən çıxıb, qarajda təkbaşına yaşamağa məcbur olub.

Yenidən varlanmaq üçün bank soymaq qərarına gəlib. Polis onu 10 bankı soymaqda ittiham etsə də, o, cəmi 4-nü etiraf edib.

Onu 80 il azadlıqdan məhrumetmə cəzası gözləyir.


Müəllif: Ayxan