16 Mart 2018 21:16
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

London polisi rusiyalı oliqarx Boris Berezovskinin dostu və işgüzar tərəfdaşı Nikolay Qluşkovun ölümü ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, ekspertiza Qluşkovun boğularaq qətlə yetirildiyinə dair rəy verib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun meyiti martın 13-də Londonda yaşadığı evdə aşkar edilib. Onun təbii səbəbdən öldüyü bildirilirdi.

Nikolay Qluşkov “Aeroflot”un keçmiş baş direktoru vəzifəsində çalışıb. O, Berzovski ilə birlikdə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçüb. N.Qluşkov Berzovskinin işgəncə ilə öldürüldüyünü iddia edib və buna görə Rusiya hakimiyyətini günahlandırıb.

Qeyd edək ki, bir müddət öncə İngiltərədə sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya naməlum şəraitdə zəhərləniblər. Rəsmi London onların ölümünə görə Rusiyanı ittiham edib.

A murder investigation has been launched following the death of 68-year-old Nikolay Glushkov in New Malden - A post-mortem has given cause of death as compression to the neck http://news.met.police.uk/news/murder-investigation-launched-after-man-found-dead-in-new-malden-298894


Müəllif: Teleqraf.com