16 Mart 2018 22:29
3 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordan çayının Qərb sahilindəki Cenin şəhərində iki İsrail əsgəri öldürülüb, üçü yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Mevo Dotan Yəhudi yaşayış məskənində törədilib.

İsrail Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yəhudilərin təhlükəsizliyini qoruyan əsgərlərin üzərinə avtomobillə hücum edilib. Hadisəni törətdiyi iddia olunan bir fələstinli saxlanılıb.

Məlumata görə, 26 yaşlı şübhəli daha öncə İsrail həbsxanasında 17 ay cəza çəkib. Bir müddət öncə onun yaşadığı ev İsrail hərbçiləri tərəfindən dağıdılıb.

Fələstinin rəsmi xəbər agentliyi VAFA hadisənin iki avtomobilin toqquşması nətcəsində baş veridiyini yazıb.


Müəllif: Ayxan