18 Mart 2018 10:44
4 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atlantik okeanında 2 böyük burulğan aşkarlanıb.

Teleqraf.com "Ls Stamp" qəzetinə istinadla xəbər verir ki, burulğanlar Amazondan 200 kilometr aralı, Fransa ərazisində yerləşir.

Onların hər birinin diametri ən azı 400 kilometrdir. Təqribən 1 saatda 3 km fırlanan burulğanlar səthdən yarım metr hündürlüyə qalxır.

Elm adamları okeanda baş verən bu dəyişikliklərin səbəbini, eləcə də Atlantik okeanın iqliminə və bütün dünyaya təsirini öyrənməyə çalışırlar.

Braziliyalı ekspert Qilherme Kastelaonun fikrincə, bu burulğanlar iki nöqtədən - Cənubi Ekvatorial və Cənubi Amerikanın şimal sahillərindən axaraq Amazon girişində qarşılıqlı təsirdən yaranır.

Lakin bu okean axınları sabit olmadığına görə ekspertin fərziyyəsi qəbul edilmir. Ekspertləri ən çox düşündürən suallardan biri də budur: Bu nəhəng burulğanlar Yer kürəsinin iqliminə təsir göstərirmi?

Bu anomaliyanın səbəbinin tamamilə fərqli mexanizmlərə bağlı olduğu bilinsə də, bu günə qədər onun izahını tapmaq mümkün olmayıb.

Ekspert Bill Cons maraqlı təklif irəli sürüb. O bildirib ki, Atlantik okeanının güclü qasırğa və burulğanlarından gəmi naviqasiyasının asanlaşdırılmasında, hətta yanacağa qənaət etmək məqsədi ilə istifadə edilə bilər.


Müəllif: Günay Əli