17 Mart 2018 11:21
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosu direktorunun birinci müavini Endryu Makkeybin istefaya göndərilməsinə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı o, fikirlərini Tvitter hesabında bölüşüb:

“Bu hadisə demokratiya üçün gözəl addımdır. FTB-nin sabiq direktoru Ceyms Komi elə şərait yaratmışdı ki, guya Makkeybin heç nədən xəbəri olmayıb. Ancaq məlum oldu ki, Makkeybin bütün yalan və korrupsiyalardan xəbəri varmış”.

Qeyd edək ki, bu gün ABŞ Baş prokuroru və Ədliyyə naziri Ceff Seşns Makkeybi istefaya göndərdiyini açıqlayıb.


Müəllif: Samir