19 Mart 2018 09:29
5 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın qərbində yerləşən Kolima vulkanının yaxınlığında daim çəkiliş edən videokamera yerləşdirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu kameranın lenta aldığı görüntülər sayəsində ufoloqlar orada yadplanetlilərin hərəkətlərini müşahidə edə bilirlər.

Məsələn, Tenşi Mex ləqəbli videoblogger həmin kameraya düşən UNO-ların görüntülərini tez-yez Yutub hesabında paylaşır.

Martın 12-də lentə alınan görüntüləri ufoloq belə şərh edib:

“Mən artıq 5 ildir Kolima vulkanını izləyirəm. Bu vaxt ərzində 40 UNO görüntüsü əldə etmişəm. Amma sonuncu çəkiliş ilə 5 illik əziyyətimin hədər getmədiyini gördüm. Bu videoda yadplanetlilərin obyekti çox aydın və real görünür”.

Videodan aydın görünür ki, Kolima vulkanının aşağısından sarı işıqlı parıldayan UNO obyekti peyda olur. Bu siqaretəbənzər obyekt vulkan ətrafında uçaraq, yenidən vulkanın ətəyindəki bazaya qayıdır.

Bununla da vulkanın altında yadplanetlilərin bazası olduğu sübuta yetirilmiş olur.


Müəllif: Günay Əli