17 Mart 2018 21:57
2 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kimyəvi silah tətbiq etdiyini bəhanə gətirərək, Suriya ordusuna və dövlət obyektlərinə zərbə endirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bildirib.

"Aralıq dənizinin şərq hissəsində, Fars körfəzində və Qırmızı dənizdə qanadlı raketlərlə təchiz edilmiş gəmilərin zərbə qrupları yerləşdirilib", - rusiyalı general bildirib.

Sergey Rudskoy daha sonra əlavə edib: "Ortaya belə bir sual çıxır: "ABŞ Suriyaya endirəcəyi bu zərbələrlə kimə yardım edir: "Ən-Nüsra Cəbhəsi və onun əlaltılarınamı?"

Bundan əvvəl isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qazaxıstan prezidentinin teleradio şirkətinə müsahibəsində Suriya ərazisində ABŞ, Böyük Britaniya və Fransanın xüsusi təyinatlılarının gizli iş apardığını açıqlayıb.

Nahid


Müəllif: Nahid