18 Mart 2018 01:57
3 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı turistlərin ən çox ziyarət etdiyi ölkələr arasında Türkiyə birinci yerə yüksəlib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Rusiya Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Belə ki, 2017-ci ildə 4 milyon 72 min rusiyalı Türkiyədə istirahət edib. İkinci yerdə isə 4 milyon 32 min rus turistin ziyarət etdiyi Abxaziya gəlir. Ziyarətçi sayına görə sonrakı yerləri Yunanıstanı və İspaniya bölüşür.


Müəllif: Nahid