18 Mart 2018 00:12
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada prezident seçkiləri başlayıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Rusiya seçiciləri 8 namizəd - Sergey Baburin (Rusiya Ümumxalq Birliyi), Pavel Qrudinin (Kommunist Partiyası), Vladimir Jirinovskiy(Liberal-Demokrat Partiyası), Vladimir Putin (namizədliyini özü irəli sürüb), Kseniya Sobçak("Vətəndaş təşəbbüsü"), Maksim Suraykin(Rusiya Kommunistləri), Boris Titov (Yüksəliş Partiyası) və Qriqori Yavlinski( "Yabloko") arasından seçim edəcək.

Rusiya MSK yanvarın 1-nə olan məlumata görə, 110 milyon 858 min 228 seçicini qeydiyyata alıb.

Səsverməyə Kamçatkada start verilib. Burada 17 saylı məntəqəyə saat 08.00-da iki mindən artıq seçici gəlib.


Müəllif: Nahid