18 Mart 2018 14:27
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup ABŞ senatoru “Amerikanın Düşmənlərinə sanksiyalar tətbiq etmək” haqqında qanun çərçivəsində Rusiyanın bir sıra ölkələrə S-400 kompleksi satmasına dair Tramp hökumətindən detallı izahat istəyib.

Teleqraf.com xəbər verir ki, Senatın 11 Demokrat senatoru ABŞ Dövlət Departamentinə müraciət edib.

Müraciətdə Rusiyanın S-400 hava hücumundan müdafiə sisteminin Türkiyə, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrə satışı ilə bağlı izahat tələb edilib.

Senatın xarici əlaqələr komitəsinin rəhbəri Robert Menendez tərəfindən yazılan müraciətdə 2017-ci ilin avqustun 2-də Tramp tərəfindən imzalanan “Amerikanın düşmənlərinə sanksiyalar tətbiq edilməsi” haqqında qanun xatırladılıb.

Müraciətdə məlum qanun yada salınaraq əlavə edilib ki, Rusiya müdafiə və kəşfiyyat sektoru ilə əməkdaşlıq edənlərə dair sanksiyaların tətbiqi mövzusunda ABŞ hökuməti yetərli addımlar atmayıb.


Müəllif: Cavad