18 Mart 2018 11:46
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Hərbi Donanmasına aid HMS Trechant adlı nüvə silahına malik sualtı gəmi Şimal dənizində buz təbəqəsini qıraraq su üzünə çıxıb.

Teleqraf.com xəbər verir ki, İngilis Hərbi Donanmasının bu addımı son vaxtlar London-Moskva xəttində müşahidə edilən gərginlik konteksində Rusiyaya verilən “gözdağı” kimi şərh olunur.

1417 tonluq sualtı qayığın Şimal dənizində olan görüntüləri İngilis donanması tərəfindən yayılıb. Video görüntülər Şimal dənizində 5 həftə davam edən manevrlər zamanı çəkilib. 30 ədəd raket və torpeda daşımaq qabiliyyətinə malik olan HMS son 10 ildə buz təbəqəsini qıraraq üzə çıxan yeganə ingilis sualtı qayığıdır.


Müəllif: Cavad