18 Mart 2018 15:41
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qida, Kənd Təsərrüfatı naziri Əhməd Əşrəf Fakibabanın mühafizəçiləri yaralanıb.

Teleqraf.com xəbər verir ki, nazirin mühafizəsini təşkil etməyə səfərbər olunan Tokat polisinin mühafizə şöbəsinin əməkdaşlarını naziri qarşılamaq məqsədilə Tokat-Amasiya sərhədlərinə aparan avtomobil yolda qəzaya uğrayıb.

Qəzada 3 polis əməkdaşı yaralanıb. Vəziyyəti ağır olan polis əməkdaşlarından biri dərhal xəstəxanaya çatdırılıb.


Müəllif: Cavad