19 Mart 2018 14:37
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşayinin həbsinin səbəbi bəlli olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Məşayinin həbsi sabiq prezident Mahmud Əhmədinejadın komandasından olan Həmid Bəqayinin saxlanılmasından 4 gün sonraya təsadüf edib.

Məşayi Bəqayinin mənzilində keçirilən yığıncaqdakı kəskin çıxışında rejimin yürütdüyü indiki siyasətini fəsadları barədə danışdıqdan dərhal sonra həbs edilib.

Bildirilir ki, keçmiş prezidentin yaxın adamlarının bir-birinin ardınca həbs edilməsi Əmədinejada qarşı təzyiq göstərilməsi və onun təklənməsi məqsədi ilə həyata keçirilir.

Təxmin edilir ki, rejim bu addımları ilə növbəti mərhələdə Əhmədinejadın özünü həbs etməyə və ya ən azından onu ev dustağı edərək, nəzarət altında saxlamağa zəmin hazırlayır.

Son vaxtlar Əhmədinejad İranın dini lideri Əli Xamneyiyə iki açıq məktub yazaraq, İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaninin tutduğu vəzifədən öz şəxsi maraqları üçün sui-istifadə etməsindən, onun başçılıq etdiyi qurumda fəsad və korrupsiyanın baş alıb getməsindən və verdiyi ədalətsiz qərarlardan şikayət edərək, onun tutduğu vəzifədən azad olunmasını təklif edib. Xamneyi isə Əhmədinejadın məktublarını cavabsız qoyub.


Müəllif: Samir