19 Mart 2018 15:13
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın raketləri Almaniya və Avropaya çata biləcək məsafədədir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Almaniyanın xarici kəşfiyyat xidməti olan BND-in rəhbəri Ole Diehl alman deputatlarla keçirdiyi məxfi toplantıda deyib.

Almaniyanın ən yüksək tirajlı qəzeti olan “Bild”in bazar günü əlavəsi olan “Bild Am Sonntag”da yer alan xəbərə görə, xarici kəşfiyyat xidmətinin rəhbəri millət vəkilləri ilə gizli toplantıda əhəmiyyətli informasiyalar açıqlayıb.

BND direktoru Ole Diehl məxfi görüş zamanı “Şimali Koreyanın raketlərinin Avropa və Almaniyaya çata biləcək qabiliyyətdə olmasını qəti söyləmək mümkündür” ifadəsini işlədib.

Xəbərdə Şimali Koreyanın artıq qitələr arası raketlərinə nüvə başlığı əlavə etmək imkana sahib olduğu da qeyd edilir.


Müəllif: Cavad