19 Mart 2018 16:16
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Suriya Prezidenti Bəşər Əsəd hakimiyyətinin 4 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qərar Brüssledə Avropa Birliyinin xarici işlər nazirlərinin iclasında qərar qəbul edilib.

Sanksiyalar siyahısına salınanlar Suriyada kimyəvi hücum törədilməsində təqsirkar olan şəxslərdir. Onların adları açıqlanmır.

Qeyd edək ki, Avropa Birliyi 2017-ci ilin iyulunda eyni ittihamla Əsəd hökumətinin 261 nümayəndəsinə qarşı sanksiya tətbiq etmişdi.


Müəllif: Samir