19 Mart 2018 16:33
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya zamanı gəldiyində Rusiyaya qarşı ittihamlarına görə cavab verəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı kimyəvi hücumda Rusiyanı ittiham etmək əsassızdır və böhtan xarakteri daşıyır.

Qeyd edək ki, martın 11-də İngiltərədə sabiq rus casusu Sergey Skripal və qızı Yuliyaya qarşı törədilən kimyəvi hücumdan sonra Britaniyanın Baş naziri Tereza Mey ölkədəki 23 rus diplomatının deportasiya ediləcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi də buna cavab olaraq, 23 ingilis diplomata ölkəni tərk etməsi üçün 1 həftə vaxt verib.


Müəllif: Samir