21 Mart 2018 22:29
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:55

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış törədilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kabil universitetinin yaxınlığında qeydə alınan partlayış Novruz bayram ilə bağlı şənliyin keçiriləcəyi ərazidə törədilib.

Terror nəticəsində 26 nəfər həlak olub.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsinin köməkçisi Nüsrə Rahimi "RİA Novosti"yə bildirib ki, hadisə zamanı daha 18 nəfər xəsarət alıb.

Hadisəni terrorçu kamikadze törədib.

***

Kabil Universiteti yaxınlığında törədilən nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl 29 nəfərin öldüyü, 52 nəfərin isə yaralandığı bildirilirdi. Terrorçu-kamikadze özünü Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. (APA)


Müəllif: Teleqraf.com