21 Mart 2018 19:29
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə vətənə xəyanətdə ittiham olunan keçmiş prezident Viktor Yanukoviçə görə hazırkı dövlət başçısı Petra Poroşenkonu dindirməkdən imtina edib.

Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, məhkəmə Poroşenkonu videokonfrans vasitəsilə sorğu-sual etməklə kifayətlənib. Buna səbəb prezidentin beynəlxalq görüşləri olub.

Ukrayna prezidentinin Moldiv adalarında istirahəti barədə vəkillər yenidən suallar verdikdə məhkəmə dindirilməni dayandırıb.

Yanukoviçin vəkili sorğudan narazı qalıb. O, yenidən Poroşenkonun dindirilməsini istəyib, məhkəmə isə tələbi qəbul etməyib.

Qeyd edək ki, 2017-ci ilin iyununda Viktor Yanukoviçə qarşı dövlətə xəyanət ittihamı əsasında məhkəmə başlayıb.


Müəllif: Günay Əli