22 Mart 2018 00:44
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 21-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, telefon danışığında Suriyada vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Tərəflər müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. (APA)


Müəllif: Teleqraf.com