22 Mart 2018 10:05
2 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail məhkəməsi 16 yaşlı fələstinli qız Axed Tamimi barəsində 8 aylıq həbs qərarı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün hərbi məhkəmə Tamiminin günahkar olduğu və onun 8 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardı", - İsrail hərbçiləri Tvitterdə bildirib.

Qeyd edək ki, Tamimi ötən ilin sonunda İsrail hərbçisinə sillə vurduğu üçün saxlanılmışdı.


Müəllif: Nahid