22 Mart 2018 11:05
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peruda bütün nazirlər istefa ərizəsi yazıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu addım ölkə prezidenti ilə həmrəylik əlaməti olaraq atılıb.

Xatırladaq ki, dünən Peru prezidenti Pedro Kuçinski konqresmenlərə rüşvət verməsi ilə əlaqədar yaranmış qalmaqal fonunda istefa barədə ərizə verib.

Kuçinski canlı yayımda əhaliyə müraciət zamanı istefa verdiyini bəyan edib.

"Perunun inkişafına maneə olmaq istəmirəm. İstəmirəm ki, ölkə və mənim ailəm əziyyət çəksin”, - deyə Kuçinski bildirib.


Müəllif: Günay Əli