Afrin şəhərində çıxan silahlı qarşıdurma zamanı terror təşkilatının qadın qolunun YPG sorumlusu Songül Coşqun və Diclə Miqdadi mühafizəçiləri ilə birlikdə öldürülüb.
Teleqraf.com xəbər verir ki, adı çəkilən şəxslər fevralın 22-də məhv edilib. Onlarla yanaşı, başına 1 milyon türk pulu qoyulan daha bir terrorçu da fevralın 6-da məhv edilib.
Qeyd edək ki, Songül Coşqun və Diclə Miqdadi ilə birlikdə onların 20 nəfərlik mühafizə dəstəsi də öldürülüb.