22 Mart 2018 13:00
3 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əhrar əş-Şam” terror şəbəkəsinin üzvləri ailələri ilə birlikdə Şərqi Qutanın Harasta qəsəbəsini boşaltmaq mövzusunda Dəməşq rejimi ilə razılıq əldə edib.

Teleqraf.com xəbər verir ki, bu razılaşma haqqında “Əhrar əş-Şam” qruplaşması məlumat yayıb.

Şərqi Qutada ən təsirli silahlı qruplaşma olan “Əhrar əş-Şam”ın sözçüsü Munzer Fariz bildirib ki, Harasta qəsəbəsində olan üzvləri silahları və qəsəbədən çıxmaq istəyən mülki insanlarla birlikdə ərazini boşaldacaq və Suriyanın şimalına doğru çəkiləcək.

Qeyd edək ki, Bəşər Əsəd rejimi və Rusiya bir aya yaxındır ki, Şərqi Qutaya zərbələr endirir. Bu razılaşma Şərqi Qutada silahlı qrupların təxliyəsinə dair ilk razılıqdır.

Munzer Fariz bildirib ki, Dəməşq rejimi ilə əldə edilən razılaşma Rusiyanın qarantiyası ilə əldə edilib. Onun sözlərinə görə, təxliyə mümkün qədər tez həyata keçiriləcək.


Müəllif: Cavad