22 Mart 2018 23:21
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 2 milyard insan içməli su kimi çirkli sulardan istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı bildirib.

Dünya Səhiyyə Təşkilatı bu informasiyanı dünyada səhiyyə xidmətlərinə ehtiyac hiss edən insanlara könüllü yardımlar edən Sərhədsiz Həkimlərdən əldə edib.

Qeyd edək ki, BMT-nin qərarı ilə 22 mart Dünya Su Günü olaraq qeyd edilir.

Bildirilir ki, çirkli sulardan istifadə etmək nəticəsində hər il 502 min insan xəstələnir və vəfat edir.

Bildirilir ki, Sərhədsiz Həkimlər su xəstəliklərinin qarşısını almaq üçün quraqlığın müşahidə edildiyi ÇAD, Keniya, Nigeriya, Konqo, Somali və Əfqanıstanda 172 su quyusu açaraq 120 min insanın təmiz su ilə təmin edilməsində vasitəçi olub.

Sərhədsiz Həkimlərin əlaqələndiricisi Buse Gizəm Danış təmiz su əldə etmək üçün insanların yaşadığı çətinliklər haqqında danışıb:

“Əfqanıstanda uşaqlar təmiz su əldə etmək üçün səhər saat 08:00-da yola çıxırlar və yolu 6 saat getdikləri üçün orta məktəblərə gedə bilmirlər. İldə 15 uşaq bu yolda həyatını itirir.

Nigeriyada isə qadınlar təmiz su əldə etmək üçün yollarda olan kanalizasiyaya qarışmış suları içirlər”.


Müəllif: Cavad