22 Mart 2018 19:15
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın bildirib.

Tərəflər iki ölkə arasındakı əlaqələr, regional məsələləri, xüsusilə də Suriyada yaranmış son durumu, Afrin əməliyyatını müzakirə ediblər.

Danışıqlar zamanı Mənbic şəhərinin YPG/PKK terrorçularından azad edilməsi haqqında plan müzakirə olunub.


Müəllif: Teleqraf.com