24 Mart 2018 01:42
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyada həyata keçirdiyi hərbi əməliyyatları tənqid edənlərə qarşı sərt çıxış edib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, prezident "Zeytun budağı" əməliyyatına qarşı çıxanların "Gəzi parkı hadisələri"ndə də eyni mövqedən çıxış etdiklərini xatırladıb: “Türkiyənin sərhədlərindən kənarda həyata keçirdiyi hərbi əməliyyatları tənqid edənlər ölkəmizin birliyini, ərazi bütövlüyünü və suverenliyini istəməyənlərdir. Biz bu qüvvələri "Gəzi parkı hadisələri"ndə, 17-25 dekabr olaylarında və 15 iyul hərbi çevriliş cəhdi zamanı tanıdıq”.

Ərdoğan qeyd edib ki, bu qüvvələr xalqın zehnini bulandırmaqdan başqa heç bir iş görməyirlər.


Müəllif: İlhamə Əbülfət