24 Mart 2018 09:18
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın Çinə qarşı tətbiq etdiyi sərt gömrük siyasəti ilə artan gərginlikdən sonra iki ölkənin hərbi gəmiləri Cənubi Çin dənizində qarşı-qarşıya gəlib.

Teleqraf.com xəbər verir ki, Çin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Rın Quoçianq açıqlamasında bildirib ki, ABŞ donanmasına bağlı USS Mustin adlı hərbi gəminin Cənubi Çin dənizində yerləşən Nanşa Adalarındakı Mişhif bazasına 12 mil yaxınlaşması Çin Xalq Qurtuluş Ordusuna bağlı Huanqşan və Cıncianq gəmilərinin hərəkətə gəlməsinə səbəb olub.

Rın Quoçianq USS Mustin gəmisinin Çinə məxsus bölgəyə daxil olmasını ciddi siyasi və hərbi təxribat kimi dəyərləndirib.


Müəllif: Teleqraf.com